
"RegionTV.info" xəbər verir ki, "Batanekos" - "Deportivo San-Lorentso" matçında meydan sahiblərinin futbolçusu Rosbin Ramos qeyri-adi simulyasiyaya əl atıb.
O, meydançaya atılmış daşı götürərək başına vurub və yerə yıxılıb. Ramos daha sonra baş hakimi xəsarət aldığına inandırmaq üçün yerdə sürünsə də, referi ona əhəmiyyət verməyib.