Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Nəyimə lazımdır Natavan və Röya"

"Kinli deyiləm, bacarmıram. Amma silib atmağı qəşəng bilirəm. Dözərəm, keçərəm. Bəlkə də, 5 il də keçə bilərəm. Görün, nə qədər səbr var".

"RegionTV.info"   xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan "MTV Azərbaycan"a açıqlamasında deyib. Sənətçi Xalq artisti Röya Ayxan və müğənni Natavan Həbibi haqda suallara əsəbiləşib:

"Röya, Natavan barədə sual verməyin. Olar ki, bir dəfə də onlara belə sual verin. Mənim nəyimə lazımdır Nata, Röya. Özləri bilərlər. Niyə axı onlar haqqında danışım? Gələn mənə onlardan nəsə deyir. Elə bil mən onların məhkəməsiyəm".

Tərzinin tənqid edilməsindən danışan Səidə "Həyatda, xoşlamıram, insanlar belə dedi, sən də belə etməlisən. Özüm üçün yaşayıram.
Onsuz da hər kəs özü üçün yaşayır. İnsanlar niyə mənə müdaxilə etsin ki? Özümü belə görürəm, belə rahatamsa, heç kim mənim azadlığımı ala bilməz.

Evdəkilər insanların qınağına əsəbiləşir. Deyirəm, siz məni neçə il dəyişə bilmədinizsə, indi də dəyişməyəcəksiniz.
Başımı aşağı salıb öz işimlə məşğul oluram. Dəyməyin mənə. Mənə belə rahatdır. Mən insanlara görə dəyişə bilmərəm", - deyə ifaçı bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də