Müğənni Xatirə İslam aparıcı Zaur Kamalın onun telekanallardan qonorar istəməsini ələ salmasına cavab verib.
"RegionTV.info" xəbər verir ki, bunla bağlı İnstaqramında paylaşım edən sənətçi bunları yazıb:
"Onların başı şouya qarışıb, biznesi unudublar. Mən də onlara biznesi başa salmağa çalışıram. Şou olan yerdə biznes də olmalıdır. Özü də məni telekanallar yox, telekanallara tökdüyüm pullar, mahnılar, aranjimanlar tanıdıb. Görüm indi bir kasım adamı gətirib Xatirə İslam edərsiz?".
Xəbəri paylaş