
Sabah da bu cür hava şəraitinin davam edəcəyini nəzərə alaraq, məktəblərdə dərslərin dayandırılıb-dayandırılmayacağı ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq.
"RegionTV.info" xəbər verir ki, Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib ki, bununla bağlı hansısa məlumat yoxdur: “Məktəblərdə davamiyyət xeyli aşağı düşüb. Bu, daha çox kəskin hava şəraiti ilə bağlıdır. Tədris də bütövlükdə ənənəvi şəkildə deyil, qismən bərpa olunub. Daha çox distant formada keçirilir. Amma bütövlükdə dərslərin dayandırılması ilə bağlı hansısa məlumat yoxdur”.