Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İranda Qarabağa həsr edilən konfrans keçiriləcək

İranın Qum şəhərində mayın 21-də “Beynəlxalq 17 rəbiüləvvəl Qarabağ konfransı” keçiriləcək.
"RegionTV.info"  xəbər verir ki, məlumatı “Mehr” xəbər agentliyi yayıb.
Bildirilib ki, konfransın təşkilatçısı İran Elmi Hövzləri İdarəetmə Mərkəzidir.

Məlumata görə, tədbirdə İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin 2020-ci il noyabrın 3-də Dağlıq Qarabağla bağlı çıxışı müzakirə olunacaq.

İran, Azərbaycan və Qafqazdan olan islam alimləri və akademikləri konfransda “Azərbaycan torpaqları xilas edilməli”, “Qarabağ torpaqlarındakı ermənilərin təhlükəsizliyi qorunmalı”, “İki tərəf beynəlxalq sərhədləri pozmamalı”, “Terrorçular İran sərhədlərinə yaxınlaşarsa, sərt bir şəkildə cavab verəcəyik” və başqa bu kimi mövzularda çıxışlar olacağı gözlənilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də