
“RegionTV.info” xəbər verir ki, bu barədə Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) “Global Gas Outlook 2050” hesabatında bildirilir.
Sənəddə həmçinin deyilir ki, Azərbaycan bu baxımdan Avrasiya regionunda Rusiya və Türkmənistandan sonra 3-cü yerdə qərarlaşıb: "Hasilatın arxasında nəhəng Şahdəniz və Abşeron yataqlarından çıxarılan təbii qaz dayanır. Onlar Xəzər dənizindəki ofşor zonalarda yerləşir”.
Hesabatda Avrasiya regionunun "mavi yanacaq" ixrac etmək imkanları barədə də qeyd olunub: "2019-cu ildə Avrasiyada qaz ixracının həcmi 920 mlrd kubmetr olub ki, bu da qlobal qaz bazarındakı təklifin 23%-i deməkdir. Adı çəkilən region qaz ixracına görə dünyada Şimali Amerikadan sonra II yeri tutur. Regionun ümumi qaz ixracının 78%-ni Rusiya, 9%-ni Türkmənistan, 6%-ni isə Qazaxıstan təmin edir.
2050-ci ildə Avrasiya regionunda "maci yanacaq" hasilatı 1,3 trilyon kubmetrə çatacaq ki, bunun da 78%-i Rusiyanın, 17%-i isə Türkmənistanın payına düşəcək”.