Ad - 00:13ƏTRAFLIwww.borjomi.com
Türkiyənin Muş vilayətində 3,7 bal gücündə zəlzələ baş verib.Axar.az xəbər verir ki, bu barədə Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 01:08-də qeydə alınıb. Zəlzələnin episentri Korkut rayonunda, ocağı isə 11,37 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.