
"RegionTV.info" xəbər verir ki, bu barədə Dövlət Qurumlarıarası Koordinasiya Şurasının iclasında bildirilib. Qərara əsasən, sabahdan şəhərlərarası ictimai nəqliyyatın fəaliyyəti bərpa olunur.
Fevralın 25-dən həmçinin dağ kurortlarında mehmanxanalar qonaq qəbul edə biləcəklər. Martın 8-dən isə kanat yollarından istifadəyə icazə veriləcək. Martın 1-dən isə dövlət və özəl uşaq bağçaları açılacaq.