
Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində avtomobil yollarındakı vəziyyəti açıqlayıb.İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev
RegionTV.info-ya açıqlamasında bildirib ki, ölkə ərazisində bəzi yollarda buzlaşma müşahidə edilir:
"Əksər avtomobil yollarında qar yağsa da, avtomobillərin hərəkəti təmin edilir. Hazırda Bakı-Quba-Rusiya sərhədi avtomobil yolu, Gəndob-Yalama yolunda və Ağsu aşırımında buzlaşma var. Bakı-Şamaxı-Yevlax yolunda qar yağsa da, yolda hərəkət var".