
"RegionTV.info" “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qərbi Sibirin Nəqliyyat Prokurorluğunun nümayəndəsi Oksana Qorbunova bildirib.
Onun sözlərinə görə, ekipaj üzvləri və sərnişinlərin qurtarılması üçün hadisə yerinə qəza-xilasetmə heyəti uçub.
Qorbunova bildirib ki, helikopter Duronoy gölü yaxınlığında yerə eniş edib. Onun göyərtəsində 16 sərnişin və 3 ekipaj üzvü var.
İlkin məlumata görə, yaralanan yoxdur. Prokurorluq uçuşun təhlükəsizliyi ilə bağlı qanunvericiliyin icrasını yoxlayır.