Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistanda daha 273 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda son sutkada daha 273 nəfər COVID-19-a yoluxub.
"RegionTV.info"  xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 170 945-yə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 3 175-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 808 nəfərdir. İndiyədək 162 517 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 4 445 aktiv koronavirus xəstəsi var.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də