
RegionTV.info bildirir ki, bunu Tehran polis rəisi Sərdar Hüseyin Rəhimi deyib.
O bildirib ki, kamikadzenin üzərində partlayıcı maddələr bağlanmış jilet və odlu silah olub:
"Təhlükəsizlik qüvvələri təxribatçını saxlayarkən o, polisləri bombanı partlatmaqla hədələyib. Təhlükəsizlik qüvvələri həmin şəxsi zərərsizləşdirə və həbs edə bilib."
Saxlanılan şəxsin kimliyi və harada partlayış törətmək istədiyi haqqında əlavə məlumat verilməyib.