Bakı-Qazax yolunda zəncirvari qəza nəticəsində bir nəfər vəfat edib.Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis mayoru Namidan Piriyev RegionTV.info-ya bildirib ki, səhər saatlarında həmin yolun Qaradağ rayonu ərazisindən keçən hissəsində yük maşını (TIR) idarəetməni itirərək aşıb və yolun kənarına düşüb: "Qəza zamanı bir neçə avtomobil də yük maşını ilə toqquşub.
Ümumilikdə, 10 avtomobilin iştirakı ilə qəza baş verib. İlkin məlumata görə, bir nəfər vəfat edib. Hazırda Bakı-Qazax yolununda avtomobillərin hərəkətində heç bir çətinlik yoxdur, yol açıqdır".
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.
Xəbəri paylaş