Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Piyadalar yolda qalıb - FOTO

Məlum olduğu kimi, Bakıda dünən axşamdan başlayan qarlı-çovğunlu hava şəraiti bu gün səhər saatlarından etibarən davam edir.                                                                     
RegionTV.info xəbər verir ki, faktiki hava insanların işə getməsində maneələr yaradıb. Belə ki, yolların qarlı-buzlu olmasıyla əlaqədar avtobusların hərəkətində ciddi intervallar yaranıb. Sərnişinlər avtobus dayanacaqlarında uzun müddət gözləməli olublar. Həmçinin taksilər də yollardakı vəziyyətə görə işə çıxmayıb, çıxanlar isə gediş haqqını artırıb. Bu səbəbdən də işə getməli olan insanların bəzisi evlərinə qayıtmalı olublar. 
Bakı Nəqliyyat Agentliyinin də yaydığı rəsmi məlumatda bildirilir ki, dünən axşamdan müşahidə edilən qarlı-çovğunlu hava şəraiti paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.  

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də