Bakının Xəzər rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.RegionTV.info bildirir ki, hadisə Bilgəh qəsəbəsində Xəzər dənizinin sahilində qeydə alınıb. 2002-ci il təvəllüdlü Yusifzadə Cəlal Elman oğlu dəniz kənarında gəzərkən onu minik avtomobili vurub. C.Yusifzadə xəstəxanaya yerləşdirilib. O, döş qəfəsinin və çanağının sınığı diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib. Fakt araşdırılır.