
"RegionTV.info" xəbər verir ki, bu sözləri Ermənistanın Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Kazaryan Yerevanda fevralın 17-də keçirdiyi mətbuat konfransında deyib.
“Aydın idi ki, Azərbaycan Dağlıq Qarabağın bütün ərazisi üzərində total nəzarət təmin etməli idi. Belə olan halda Qarabağda Rusiya sülhməramlıları olmayacaqdı.
Ona görə də daha bizim Dağlıq Qarabağ üzərində nəzarətimiz yoxdur. Dağlıq Qarabağ daha ermənilərin deyil.
Dağlıq Qarabağın böyük hissəsini azərbaycanlılar alıb, rusiyalılar isə kiçik ərazini özlərinin geosiyasi problemlərinin həlli üçün xilas edə biliblər”,-Kazaryan bildirib.