
"RegionTV.info" xəbər verir ki, 1993-cü il təvəllüdlü Siyavuş Pənahov arvadı, 1995-ci il təvəllüdlü Gülşən Pənahovanı qısqanclıq zəminində döyüb və ona küt alətlə xəsarət yetirib.
S.Pənahov daha sonra dostu, 1996-cı il təvəllüdlü Misafi Cəfərova çoxsaylı bıçaq xəsarətləri yetirib.
Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.