
"RegionTV.info"nun məlumatına görə, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.
1990-cı il təvəllüdlü Vəlibəyov Qamal Artyomoviç qəbiristanlıq ərazisinə aparılıb. Naməlum şəxslərdən biri ona bir neçə bıçaq zərbəsi vurub.
Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, yaralının bədən və aşağı ətrafına ümumilikdə 7 bıçaq zərbəsi vurulub.