Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti pandemiya ilə mübarizə işinə dünyanın məşhur meqapolislərinə nümunə göstəriləcək dərəcədə əhəmiyyətli töhfələr verir
Ökəmizdə koronavirusa qarşı mübarizə tədbirləri deyəndə ilk növbədə Nazirlər Kabinetində yaradılmış Operativ Qərargahın, TƏBİB-in və polisin işi önə çəkilir. Amma etiraf olunmalıdır ki, bu müstəvidə görülən işlərin effektli alınmasında şəhər və rayon mənzil-kommunal təsərrüfatlarının səlis fəaliyyətinin də əhəmiyyətli rolu olmuşdur.Məlum olduğu kimi, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin səmərə verməsi sayəsində respublikamızın bəzi əyalətlərində tətbiq olunan sərt karantin yumşaldılsa da, əhalinin daha sıx məskunlaşdığı paytaxt Bakıda və Abşeron yarımadasında rejim saxlanılmaqdadır.
Pandemiya ilə mübarizə işinə mühüm töhfə verən əmək kollektivlərini özündə cəmləşdirən Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti Operativ Qərargahın qərar və təlimatlarına uyğun olaraq, indiyədək çoxşaxəli tədbirlər həyata keçirib və keçirməkdədir. Tədbirlərin ilkin mərhələsində Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti, paytaxt rayonlarının kommunal-təsərrüfat xidmətlərinin, aidiyyəti qurumların əməkdaşları və xüsusi texnikası tərəfindən müvafiq qrafik əsasında gündəlik olaraq səhər və axşam saatlarında küçə və prospektlərin xüsusi kimyəvi vasitələr və yeni yuyucu gel vasitəsi ilə yuyulması aparılıb.
Gündə 2 dəfə Departamentin balansında olan 11400-dən cox yaşayış binalarında, buradakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülüb. Dezinfeksiya və maarifləndirmə işləri paytaxtın qəsəbələrində də aparılıb.
Bu işlərin vaxtaşırı olaraq paytaxtdakı 2000-dən cox kooperativ binaların və yaşayış komplekslərində də aparılması təmin edilib. Bundan əlavə, rayonlar üzrə inzibati binaların ətrafı, yaşayış binalarının həyətləri, blokları və pilləkən qəfəsələri, məişət tullantıları üçün konteynerlər zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qruplar tərəfindən dezinfeksiya edilib.
Əhalinin mənzil-kommunal xidmətlərinə tələbatın daha tam ödənilməsi məqsədilə mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, balansında olan mənzil-kommunal sahələrinə rəhbərlik, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, şəhərin sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, qeyri-yaşayış sahələrindən təyinatı üzrə səmərəli istifadə edilməsinin təmin edilməsi, əsaslı tikinti və təmir sahəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər dairəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi və qurulması, zibil daşınması, şəhər yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələr və yeraltı keçidlərin istismarı və təmiri, şəhərin mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaları həyata keçirən Mənzil Kommunal-Təsərrüfatı Departamentinin fəaliyyətinin hazırki təqdir olunan səviyyəyə gəlib yetişməsində ona rəhbərlik edən cənab Rəfail Mehralıyevin əhəmiyyətli xidmətləri olmuşdur. Məhz onun bacarıqlı idarəçiliyi sayəsində mənzil fondunun inzibati idarə və xidməti heyətinin, ev təsərrüfatının saxlanılması və cari təmir xərclərinin düzgün düzgün hesablanılması üçün əvvəlki ilin faktiki və cari ilin gözlənilən xərcləri nəzərə alınır. “Dövlət büdcəsindən maliyyələşən sahələrdə xərclərin proqnozlaşdırılması və maliyyə ehtiyatlarından istifadənin müvafiq məsrəf normaları vasitəsilə tənzimlənməsi məqsədilə bazar iqtisadiyyatının tələblərinə uyğun hazırlanmış şəhər, rayon mərkəzlərində, qəsəbələrdə küçələrin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahəsinə qulluq edilməsi xərclərinin Müvəqqəti Normaları”nın tələblərinə əməl edilir. Büdcə qanunvericiliyinə ciddi riayət olunaraq, təyinatdan kənar məqsədə vəsait yönəldilmir. Dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından ayrılmış vəsaitin istifadəsi üzrə obyektin müqavilə qiyməti müvafiq qaydada hesablanılır, işlərin istismara verilməsi barədə aktlar tərtib edilir, dövlət əmlakının uçotu dəqiq aparılır.
Departamentdə şəhərin mənzil-kommunal təsərrüafında baş verə biləcək fövqəladə hallara qarşı preventiv tədbirlərin həyata keçirilməsi, yaşayış və qeyri-yaşayış obyektlərində problemlərin, ümumiyyətlə, yarana biləcək hər hansı bir çatışmazlığın aradan qaldırılması və digər bu kimi məsələlər müzakirə olunur, onların həlli və bütün bu işlərə digər qurumlarla əlaqəli surətdə nəzarətin təmini ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilir.
Xatırladaq ki, Departamentin infrastrukuruna departamentin aparatı, Bakı şəhərinin rayon Mənzil-Kommunal Təsərrüfatı Birlikləri, İnzibati Binaların İstismarı İdarəsi, Sanitariya və Texniki Təmizlik İdarəsi, Əhaliyə Vətəndaşlıq Xidməti Tresti, Bakı Şəhər Məhəllədaxili Yollarının və Səkilərin İstismarı İdarəsi, Kommunal Xidmətlər Müəssisəsi, Bakı Şəhər Fəvvarələrin İstismarı İdarəsi və digər xidmət sahələri daxildir. İnanırıq ki, adları çəkilən qurumlar bacarıqlı təşkilatçı Rəfail Mehrəliyevin düşərli rəhbərliyi altında bundan sonra da öz üzərlərinə düşən vəzifələrn öhdəsindən layiqincə gələcək, paytaxt sakinlərinin rifahı, komfortu naminə gördükləri işlərlə dünyanın məşhur meqapolislərinə nümunə göstərəcəklər.
Heqiqet carcisi.az