
"RegionTV.info" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi dövründə bütün sahələrdə Türkiyənin tam və birmənalı dəstəyinin şahidi olduq:
“Bu dəstək bizə əlavə güc və ruh yüksəkliyi verirdi. Hesab edirik ki, Azərbaycan-Türkiyə birliyi bu gün ən yüksək səviyyədədir. Biz böyük məmnunluq hissi ilə onu qeyd etmək istərdik ki, Üçtərəfli bəyanat əsasında imzalanan və regionda yeni təhlükəsizlik formatı müəyyən edilib”.