Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gədəbəy sakini öz avtomobilinin altında qalaraq ölüb - YENİLƏNİB

Gədəbəy rayonunda baş verən bədbəxt hadisənin təfərrüatları məlum olub.
"RegionTV.info"nun  məlumatına görə, rayon sakini, 1961-ci il təvəllüdlü Lətif Ələsgərov Qaramurad kəndində sürücülüklə məşğul olub.

Kənd yollarının qarlı olması səbəbindən özünə məxsus "QAZ-24" markalı avtomobilini dəmir vasitə ilə qaldırıb, təkərlərə zəncir bağlamaq istəyib. Nəticədə avtomobil sürüşüb və Lətif Ələsgərov nəqliyyat vasitəsinin altında qalıb.

Hadisə yerinə həkim biriqadası cəlb olunub və aparılan ilkin müayinə zamanı onun öldüyü məlum olub.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.

21:44

Gədəbəy rayonunda bədbəxt hadisə baş verib.
"RegionTV.info"nun  məlumatına görə, hadisə rayonun Qaramurad kəndində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Lətif Ələsgərov ehtiyatsızlıqdan öz avtomobilinin altında qalaraq ölüb.
Hadisənin təfərrüatları araşdırılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də