"RegionTV.info" xəbər verir ki, uşaqlıqda sümük xərçəngi keçirmiş 29 yaşlı Heyli Arsenoks “Crew Dragon” kosmik gəmisinin dörd heyət üzvündən biri olacaq.
Qeyd edək ki, ilk kosmik turist səfəri “Shift4 Payments” şirkətinin təsisçisi, milyarder Cared Ayzekman tərəfindən maliyyələşdiriləcək. Səfərdə onun özündən və H.Arsenoksdan başqa daha iki nəfər iştirak edəcək. Onlardan biri Müqəddəs İuda uşaq xəstəxanasının qadın həkimi, digəri isə “Shift4 Payments”in xidmətlərindən istifadə edən şirkətin başçısı olacaq. Həmin şəxslərin adları hələ ki açıqlanmır.
Səfərin ilin sonunda həyata keçirilməsi gözlənilir.
QALEREYA