"Atalanta" klubunun futbolçusu Villi Ta Bi vəfat edib.
"RegionTV.info" xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi uzun müddətdir əziyyət çəkdiyi onkoloji xəstəlik səbəbindən dünyasını dəyişib.
Mərhum futbolçu bir müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirdi.
O, ömrünün son aylarını vətəni Fil Dişi Sahilində keçirib.
Qeyd edək ki, Villi Ta Bi ölkəsinin "ASEK Mimozas", "Mussu" klublarında, həmçinin İtaliyanın "Peskara" komandasında da çıxış edib.
Xəbəri paylaş