İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldunun Pepe adlı pişiyi evdən qaçıb və avtomobilin təkərləri altında qalıb.
"RegionTV.info"nun məlumatına görə, bu barədə portuqaliyalı hüçumçunun sevgilisi Corcina Rodriges "Instyle" jurnalına müsahibəsində deyib.
Onun sözlərinə görə, hadisə Turində baş verib.
C.Rodriges bildirib ki, pişik 1,5 ay müddətində baytar tərəfindən reanimasiyada müalicə edilib. Heyvan sağaldıqdan sonra isə cütlük onu bərpa prosesi üçün İspaniyaya istirahətə göndərib.
Hazırda Pepeyə Rodrigesin bacısı İvana qulluq edir.
Xəbəri paylaş