Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Mədəniyyət komitəsində “Milli Dəyərlərin Qorunması" İctimai Birliyinin sədri, tanınmış ziyalı Dilara xanım Nağıyeva ilə görüşüb, geniş fikir mübadiləsi aparılıb.
Komitə sədri Qənirə Paşayeva Mədəniyyət komitəsi adından Dilara xanımı 80 illik yubileyi münasibəti ilə təbrik edib, ona möhkəm cansağlığı arzulayıb. Dilara xanımın Məşhur xeyriyyəçi Musa Nağıyevin nəvəsi, Tarix elmləri üzrə fəlsəfə doktoru olaraq da, cəmiyyətimizdə ictimai nüfuza sahib olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva ona vətəndaş cəmiyyətinin inkişafında yeni uğurlar arzulayıb.