Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ceyhun Bayramovun Türkiyəyə səfəri başlayıb - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri başlayıb.

"RegionTV.info"  xəbər verir ki, nazir səfər çərçivəsində Ankarada Türk Şurasının baş katibi Bağdad Əmrəyevlə görüşüb.

Tərəflər görüş zamanı Türk Şurasının mövcud fəaliyyət proqramındakı müxtəlif mövzularla yanaşı beynəlxalq və regional gündəmdəki məsələlər haqqında da fikir mübadiləsi aparıblar.

C.Bayramov və B.Əmrəyev martın sonunda Türkistanda təşkil edilməsi planlaşdırılan Türk Şurasının qeyri-rəsmi zirvə toplantısı və bu ilin payızında İstanbulda təşkil edilməsi planlaşdırılan növbəti zirvə də daxil olmaqla yaxınlaşan önəmli tədbirlərin hazırlıqlarını müzakirə ediblər.

C.Bayramov və B.Əmrəyev Türk Şurasına üzv olan dövlətlər arasında gələcək əməkdaşlıq strategiyasına da toxunublar.
Qeyd edək ki, bu gün Ankarada Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü olacaq.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də