Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan quş qripi ilə əlaqədar İran və Şotlandiyaya qadağa tətbiq etdi

"RegionTV.info"
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə İran İslam Respublikasının Mazandaran, Gilan, Qum, Kürdüstan əyalətlərindən və Şotlandiyanın Fayf inzibati ərazi vahidindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən məlumat verilib.
Bildirilib ki, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İran İslam Respublikasından və Şotlandiyadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Qeyd edilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, İran İslam Respublikasının Mazandaran, Gilan, Qum, Kürdüstan əyalətlərində və Şotlandiyanın Fayf inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də