
"RegionTV.info" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azər Badamov deyib.
Deputat bildirib ki, dağlıq rayonlarında qazdan istifadə daha çox olur: “Dağlıq rayonların sakinləri digər regionlardan daha çox yanacaq yandırmağa məcburdurlar. Güzəştli qaz limiti məsələsində bütün əhaliyə, regionlara eyni yanaşma tətbiq edilib.
Ölkə əhalisinin 15%-i qaz limitini aşır. Bu 15%-in içində dağlıq rayonlarda yaşayan insanlar 10%-dən də azdır. Tarif Şurasından dağlıq regionlarda yaşayan əhali üçün qaz limitini artırmağı xahiş edirəm”.