Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şöbə müdirindən pensiya kapitalı ilə bağlı açıqlama

“Pensiya kapitalı şəxsin işlədiyi dövrdə əməkhaqqından məcburi tutulan dövlət sığorta haqları hesabına toplanır. Pensiya kapitalına çıxışla bağlı kifayət qədər resurslar var”.

 "RegionTV.info"  xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov "Yeni TV"yə müsahibəsində deyib.

Nazirlik rəsmisi bildirib ki, hazırda vətəndaşların çalışdığı dövr ərzində ödədiyi məcburi sığorta ödənişi (2016-cı ildən əvvəl və ya sonrakı dövr) pensiya kapitalında nəzərə alınır.

Şöbə müdiri bildirib ki, heç kimin staj dövrü və topladığı vəsait itmir: “Bu pensiya məbləğində öz əksini tapır”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də