Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Millət vəkilindən toylara icazə verilməsi ilə bağlı UNİKAL TƏKLİF

"Azərbaycanda artıq bir ildən çoxdur ki, toylara icazə verilmir. Lakin qonşu Rusiyada çoxdandır toyların keçirilməsinə icazə verilib. Əslində Rusiyada yoluxan və ölənlərin sayı Azərbaycandan dəfələrlə çoxdur. Rusiya bu məsələdə çıxış yolunu tapıb. Eyni təcrübəni öyrənib ölkəmizdə tətbiq edə bilərik".
"RegionTV.info"  xəbər verir ki, bu sözləri millət vəkili Razi Nurullayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda kafe və restoranlarda insanların 5-6 nəfərə qədər oturmasına icazə verilir: "Böyük restoranlarda bəzən 100-200 nəfər otura bilir. Belə bir vəziyyətdə toylara icazə verilməməsi bir az təəccüb doğurur.

İstənilən halda böyük şadlıq sarayları olmasa da, ən azından 50-100 nəfərlik toyların keçirilməsinə icazə verilə bilər. Bunun texniki cəhətdən həlli prinsipi də mövcuddur. Misal üçün toylara gələnlər üçün avtomatik aparatlar var ki, onlar qızdırmanı uzaqdan ölçür. Həmin toya gələnlərin temperaturu ölçülür, onların özünü pis hiss edib-etməməsi müəyyənləşdirilir və onlar içəri buraxılır.

Fikrimcə, bu, toylara icazə verilməsi və həyata keçirilmə mexanizmi üçün ən yaxşı üsullardan biri olardı. 100 nəfərə qədər bu mümkündür. Təbii ki, bu, Operativ Qərargahın işidir. Lakin bu gün kafe və restoranlarda işə icazə verilibsə, 100-200 nəfərə qədər insan böyük zallarda otura bilirsə, toylara da icazə verilə bilər. Hesab edirəm ki, artıq bu məsələ ilə bağlı zaman yetişib.

Ölkəmizdə müəyyən risk qrupuna daxil olan insanların vaksinasiyası həyata keçirilir. Həmçinin yoluxanların sayı da azalmağa doğru gedir və ya 200-dən aşağıdır. Belə bir vaxtda toyların keçirilməsinə icazə verilməsi üçün Operativ Qərargah ekspertlər və şadlıq saraylarının nümayəndələri ilə texniki və maliyyə tərəflərini müzakirə edərək çıxış yolu taparsa, əhalimizi də sevindirmiş olar".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də