
"RegionTV.info" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə Bəydili kəndində qeydə alınıb.
Kənddə ümumi sahəsi 40 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.