
"RegionTV.info" xəbər verir ki, bu barədə Selçuk Bayraktar "Telegram" kanalında məlumat verib.
Bildirək ki, Qarabağda Azərbaycan ordusunun qazandığı qələbədə önəmli payı olan “Bayraktar TB2” döyüş PUA-larından daha üstün göstəricilərə və imkanlara malik olan bu PUA-lar Türkiyənin hərbi gücünü daha da artırmış olacaq.
2020-ci il ərzində “Baykar” mühəndisləri başda Selçuk Bayraktar olmaqla “Akıncı”nın müxtəlif şəraitlərdə sınaqlarını həyata keçiriblər, o cümlədən avtonom şəkildə, heç bir yerüstü idarəetmə sistemi olmadan enmə və qalxma funksiyalarını necə yerinə yetirdiyini yoxlayıblar.(Publika)

