"RegionTV.info" xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Cen Psaki bildirib.
Onun sözlərinə görə, ölkədə bayraqlar 5 günlük endiriləcək. Müxtəlif qurumların statistikasına əsasən ABŞ-da koronavirus qurbanlarının sayı 500 min nəfərə çatıb.
Lakin pandemiya itkilərinin hələ yaxın günlərdə 500 min nəfərə çatacağını bildirən qurumlar da var.
Daha əvvəl Ağ Ev rəhbəri bildirib ki, ABŞ-da koronavirusdan ölən insanların ümumi sayı yaxın günlərdə 500 min nəfəri keçəcək. "Bir neçə gün sonra 500 000 sayı keçəcəyik. Bu, İkinci Dünya Müharibəsində öldürülən amerikalıların sayından təxminən 70 000 çoxdur", - ABŞ rəhbəri deyib.