
"RegionTV.info" Ombudsman Aparatına istinadən xəbər verir ki, aparatın əməkdaşları Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində mövcud pandemiya tələblərinə əməl etməklə baxış keçiriblər.
Baxış zamanı hərbi hissənin komandanlığı tərəfindən Aparatın əməkdaşlarına hərbi hissə barədə məlumat verilib.
Ombudsmanın nümayəndələri tərəfindən hərbi hissənin əsgər yataqxanasına, ixtisas tədris korpusuna, tibb hissəsinə, əsgər hamamına, görüş otağına, yeməkxanaya və camaşırxanaya baxış keçirilib.
Eyni zamanda, Ombudsman Aparatının əməkdaşları yeməkxana korpusunda və camaşırxanada olarkən orada işləyən mülki şəxslərlə də görüşüblər.
Gələcəkdə bu cür tədbirlərin Mülki Müdafiə Qoşunlarının digər hərbi hissələrində, o cümlədən razılaşdırılmış tədbirlər planına müvafiq olaraq digər qoşun növlərində də həyata keçirilməsi davam etdiriləcək.