
"RegionTV.info" xəbər verir ki, “Sanofi”nin açıqlamasına görə, həmin müəssisədə “Janssen” peyvəndinin istehsalına dair müqavilə imzalanıb.
Müqavilə çərçivəsində ayda 12 milyonadək doza peyvəndin istehsal olunacağı bildirilir.
Daha əvvəl “Sanofi” “Pfizer”-“BioNTech” peyvəndinin də 125 milyon dozasının istehsalı və tədarükündə iştirak etməsilə bağlı müqavilə imzalamışdı. “Sanofi” öz istehsalını cari ilin payızında təqdim etməyi nəzərdə tutur.