
"RegionTV.info" xəbər verir ki, bununla bağlı icra başçısı Eyvaz Qurbanov müvafiq sərəncam imzalayıb.
Sərəncamla İsgəndərov Vasif Teyfuk oğlu vəzifəyə gətirilib.
Qeyd edək ki, V.İsgəndərov 1990-cı il sentyabrın 24-u Oğuz şəhərində anadan olub. 2012-ci ildə Mingəçevir Politexnik İnstitunu bitirib, 2012-2013-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Hərbi xidmətdə fərqləndiyinə görə hərbi hissə komandiri tərəfində 3-cü məharət dərəcəsi ilə təltif edilib. Vətən müharibəsi başladıqdan sonra 21 sentyabr 2020-ci ildə yenidən ordu sıralarına çağırılıb. Murov dağı istiqamətində gedən döyüşlərdə iştirak edib. Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.