
"RegionTV.info" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, belə müəssisələrdən biri Qazax rayonunda “Saloğlu” Fərdi Firmasının mebel istehsalı fabrikidir. İldə 30 min dəst mebel
istehsalı gücündə olacaq müəssisədə 400 yeni iş yeri açılacaq.
İnvestisiya dəyəri 76,1 milyon manat olan fabrikə İqtisadiyyat Nazirliyi investisiya təşviqi sənədi, Sahibkarlığın İnkişafı Fondu 10 milyon manat güzəştli kredit verib.
Mebel istehsalı müəssisəsinin bu ilin I rübü ərzində istifadəyə verilməsi nəzərdə tutulur.