Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Daha 2 şirkət Yüksək Texnologiyalar Parklarının rezidenti olub

Azərbaycanda yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən daha 2 şirkət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyinin Pirallahı və Mingəçevir Yüksək Texnologiyalar Parklarına rezidentliyə qeydiyyata alınıb.

"RegionTV.info"   xəbər verir ki, Bu barədə Agentlikdən bildirilib.

Məlumata görə, “GoldenPay” ASC-nin “Hesab Shop” layihəsinə Pirallahı Yüksək Texnologiyalar Parkında, “Kibrit Tech” MMC-nin “İqlime” layihəsinə isə Mingəçevir Yüksək Texnologiyalar Parkında rezident statusu verilib. Hər iki layihəyə İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli qeydiyyat şəhadətnamələri təqdim edib.

Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti “Hesab Shop” layihəsi – onlayn ticarət sahəsində kiçik, orta və böyük şirkətlər üçün internet üzərindən yeni satış kanalına imkan yaradan elektron ticarət platformasıdır. Azərbaycanın ilk və ən böyük onlayn ödəniş platforması hesab.az ölkə bazarında keyfiyyətli və peşəkar onlayn ticarət platformasını açır və böyük bazar payına sahib olmağı hədəfləyir.

Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti “İqlime” şirkəti əsasən kənd təsərrüfatı sahəsində örtülü torpaqların, istixanaların temperaturunu və rütubətini ölçən və nəzarət edən cihaz istehsal edir. Layihənin əsas məqsədi ölkənin kənd təsərrüfatının texniki inkişafına xidmət etmək, kənd təsərrüfatı məhsullarının istehsal həcmininin artırılmasına təkan vermək və istixana sahiblərinin işini asanlaşdırmaqdır.
İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli jurnalistlərə verdiyi müsahibəsində yaxın zamanlarda İnnovasiyalar Agentliyinin və rezidentlərin birgə maliyyələşməsi əsasında 3 yeni istehsal sahələrinin tikintisinə başlanacağını açıqladı.

Rezidentlər yüksək texnologiyalar sahəsinin inkişaf etdirilməsi, texnoparkda fəaliyyətin həyata keçirilməsi, innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və elmi tədqiqatların aparılması məqsədilə istehsal sahəsi ilə təmin ediləcək. Həmçinin, texnologiya parklarının rezidentləri – texnologiya parklarının qeydiyyat şəhadətnaməsini alan və orada fəaliyyət göstərən sahibkarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanununda onlar üçün nəzərdə tutulan bir sıra güzəştlərdən yaralana biləcəklər. Belə ki, rezidentlər texnologiya parklarında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə müvafiq fəaliyyətə görə mənfəət/gəlir, əmlak və torpaq vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV-dən və gömrük rüsumlarından azaddırlar.

İnnovasiyalar Agentliyinin tabeliyindəki Pirallahı və Mingəçevir Yüksək Texnologiyalar Parklarında rezidentlik statusunu almaqla bağlı bir sıra innovativ şirkətlərdən müraciətlər qəbul olunur.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də