
"RegionTV.info"nun məlumatına görə hadisə fevralın 21-i səhər saat 10 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində baş verib.
1983-cü il təvəllüdlü Mürvət Valeh oğlu Allahverdiyev yaşadığı evdə özünü asaraq intihar edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Bundan başqa, fevralın 21-i gecə saat 01:00 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində kirayədə yaşayan Masallı rayon sakini, 1977-ci il təvəllüdlü Nicat Gülağa oğlu Şirəliyev evdə özünü asıb.