Azərbaycanda 2020-2021-ci illər üzrə ov mövsümü fevralın 28-də başa çatacaq.
"RegionTV.info" xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.
O qeyd edib ki, artıq fevralın 28-dən ov icazələrinin verilməsi dayandırılacaq: "Həmin tarixdən etibarən vətəndaşların, ovçuların ov etməsi qadağandır. Ov mövsümünün bağlanması heyvanların və quşların bioloji xüsusiyyətləri ilə bağlıdır. Bu müddətdə növlərin çoxalma dövrü başladığından onların populyasiyasına və təbii artımına zərər verilməməsi üçün ov qadağan olunur".
F.Əliyev ov ilə məşğul olan şəxsləri qadağan olunan vaxtlarda ov qaydalarına əməl etməyə çağırıb: “Növbəti ov mövsümünün iyunun əvvəlində başlanılması gözlənilir”.
Xəbəri paylaş