
"RegionTv.info" xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov 2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunan brifinqdə deyib.
O əlavə edib ki, yolun asfalt beton örtüyünün eni 9 metr olacaq və çiyinlər hər iki tərəfə 2 metr olmaqla hərəkət zolağı yaranacaq:
"Bu, ümumilikdə 13 metr yol yatağı deməkdir. Biz yolların tikintisində çalışan insanların təhlükəsizliyini təmin etməliyik. Ona görə minalar təmizləndikcə, o yolların tikintisini təmin edirik. Bunları nəzərə alaraq ictimaiyyətə bildiririk ki, avqustun sonuna qədər Zəfər yolunu xalqın istismarına verəcəyik”.