Bərdədə qətl törətməkdə təqsirləndirilən Nərmin Mehralıyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"RegionTV.info" xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hazırlıq iclası martın 9-da hakim Faiq Mahmudovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, hadisə ötən il noyabrın 10-da Bərdə rayonu, Mollalı kəndində baş verib.
Kənd sakini, 1981-ci il təvəllüdlü Hacıyeva Sevda İsa qızının odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin qohumu 1995-ci il təvəllüdlü Mehralıyeva Nərmin Güloğlan qızının birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı ov tüfəngindən atəş açaraq Sevda Hacıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
N.Mehralıyevaya Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.
Xəbəri paylaş