"Bakı-Quba yolunun bu ilin sonuna qədər yox, 2022-ci ilin may ayına qədər tam istifadəsi nəzərdə tutulub".
"RegionTV.info" xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov 2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunan brifinqdə deyib.
O əlavə edib ki, əvvəllər tikilmiş keçidlər və süni qurğularda fiziki qüsurlu şəxslərin hərəkətinin təşkili nəzərə alınmamışdısa da, qurum bu gün onun üzərində işləyir.
Qeyd edilib ki, bu ilin sonuna qədər onların hamısı bərpa olunacaq.
Xəbəri paylaş