
"RegionTV.info" xəbər verir ki, bu barədə məlumatı araşdırmaçı jurnalist Cavnşir Həsənli öz Facebook səhifəsində paylaşıb. Jurnalist seçkilərin bir neçə ay sonra keçiriləcəyini qeyd edib:
"May ayında London seçiciləri bələdiyyə başçısını seçəcəklər. London meri vəzifəsi uğrunda mübarizə aparan 20-dək namizəddən biri də azərbaycanlı Kamran Balayevdir.
Kamran Balayev Milli Məclisin eks sədri Oqtay Əsədovun keçmiş kürəkənidir.
Budur, o gənc indi London meri olmağa hazırlaşır. Uğurlar arzulayaq, ümid edək ki, seçkini qazanacaq və London may ayından öz azərbaycanlı merini alqışlarla qarşılayacaq.