Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Son 3 ildə sosial sığorta haqları üzrə daxilolmalarda 70% artım olub

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2018-2020-ci illər üzrə gəlirlərində 39% və ya 1 mlrd. 327 mln. manat artım qeydə alınmaqla, gəlirlər 2020-ci ildə 4 mlrd. 748 mln. manat təşkil edib.

"RegionTV.info"  xəbər verir ki, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta (MDSS) haqları üzrə daxilolmalar 70% və ya 1 mlrd. 467 mln. manat artaraq ötən il 3 mlrd. 553 mln. manata çatıb.

MDSS haqları üzrə Fonda daxilolmalarda artım dövlət sektoru üzrə 84%, özəl sektor üzrə 63% səviyyəsində özünü göstərib.
DSMF gəlirlərində yığımın mütəmadi artımı, sosial təminat sistemində şəffaflığın təminatı və Fondun fəaliyyətinin optimallaşdırılması sahəsində ardıcıl tədbirlər Fondda 2018-ci ildə 22 mln. manat, 2019-cu ildə 197 mln. manat və 2020-ci ildə 235 mln. manat ehtiyat vəsaitin yaranmasına imkan verib.

Sosial ödənişlərin ciddi şəkildə optimallaşdırıldığı və təkmilləşdirildiyi, son 3 ildə əhaliyə ödənişlərin 1,3 milyard manat artdığı şəraitdə dövlət büdcəsindən dövlət öhdəliklərinin ödənilməsi üçün DSMF-yə transfert məbləği son üç ildə 10% azalıb. Əgər 01.01.2018 tarixinə dövlət büdcəsindən ödənilən bu məbləğ DSMF büdcəsinin 38,1 faizini təşkil edirdisə 2020-ci ildə bu rəqəm 26 faizə düşmüşdür. Beləliklə DSMF-nin maliyyə müstəqilliyi və dayanıqlılığı gücləndirilmişdir.

Artım dinamikası fərdi uçot sistemi ilə əhatə olunanların sayının da çoxalması ilə müşahidə olunub. Fərdi şəxsi hesabı olanların sayı 2018-2020-ci illərdə 24% artaraq 3 542 131 nəfərdən 4 382 297 nəfərə çatıb.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də