
"RegionTV.info" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərində keçirilmiş yığıncaqda məlumat verilib.
Xatırladaq ki, sözügedən əyalətlə Azərbaycanın Cəbrayıl rayonu arasında inşa olunan SES-lər İranın Enerji Nazirliyinin həyata keçirdiyi əsas layihələrdən biridir. Nazir Rza Erdekaniyan ötən ilin dekabr ayında bəyan etmişdi ki, iki ölkə SES tikintisini canlandırmaq barədə razılığa gəlib.