Ucar şəhərində oğurluq hadisəsi baş verib.
"RegionTV.info-nun" xəbərinə görə, hadisə şəhərin mərkəzi hissəsində qeydə alınıb.
Belə ki, naməlum şəxs ödəmə terminalından 230 manat pul oğurlayıb.
Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədirləri nəticəsində şəhər ərazisindəki ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən şəhər sakini, 1994-cü il təvəllüdlü Tural Hüseynov saxlanılıb.
İlkin ifadə zamanı o, oğurluq hadisəsini törətdiyini etiraf edib. T.Hüseynovdan 230 manat pul maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupu faktı təsdiqləyib.
Xəbəri paylaş