
"RegionTV.info" bu barədə qurumun maliyyə (audit) hesabına istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə İnnovasiyalar Agentliyinin gəlirləri 24 min manat, xərcləri isə 693 min manat təşkil edib.
2020-ci il yanvarın 1-nə qurumun aktivləri 36,223 milyon manat olub ki, bunun da 110 min manatı onun öhdəliklərinin, 36,113 milyon manatı isə balans kapitalının hesabına formalaşıb.
Xatırladaq ki, İnnovasiyalar Agentliyi ölkə prezidentinin 6 noyabr 2018-ci il tarixli fərmanı ilə, NRYTN-nin tabeliyindəki İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı” MMC-nin əsasında yaradılıb. Onun nizamnamə kapitalı 500 min manatdır.