
"RegionTV.info" xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri vəzifəsini icra edən Vaxtanq Qomeluri bildirib.
O, inşaat işlərinin yaxın zamanlarda yekunlaşdırılacağını qeyd edib.
V.Qomelaurinin sözlərinə görə, 2020-ci ildə sərhədyanı infrastrukturun təkmilləşdirilməsi, dövlət sərhədinin müasir texniki vasitələrlə təchizatı, aviasiya potensialının inkişafı üzrə xüsusilə əhəmiyyətli addımlar atılıb.
Qeyd edək ki, sərhəd bölməsinin inşası layihəsi ABŞ-ın Müdafiə sahəsində Təhdidlərin Azaldılması Agentliyinin (DTRA) dəstəyi ilə həyata keçirilir.