Azərbaycan ötən ay 5 min tona yaxın neft bitumu ixrac edib
Tarix: 22-02-2021, 09:41Xəbərə baxış: 107
Bu ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 4,9 min ton neft bitumu ixrac edib. "RegionTV.info"nun Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft bitumunun dəyəri 798 min ABŞ dolları təşkil edib. Hesabat dövründə neft bitumu ölkənin ümumi ixracdakı payı 0,05 % olub.